Naxçıvanda evlənənlərin sayı açıqlandı

  15 Fevral 2020    Oxunub : 1528
Naxçıvanda evlənənlərin sayı açıqlandı
2019-cu ildə Naxçıvan Muxtar Respublikasında 2656 nikah bağlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, nikaha girənlərdə orta yaş həddi kişilərdə 28,3, qadınlarda isə 24 yaş təşkil edib. 2010-cu ildən 1 yanvar 2020-ci il tarixədək muxtar respublikada 29,7 min nikah qeydə alınıb.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Naxçıvan   Nikah   Ailə