“Mobil vətəndaş müraciəti” mobil applikasiyası hazırlanacaq

 “Mobil vətəndaş müraciəti” mobil applikasiyası hazırlanacaq
  15 Fevral 2020    Oxunub:3658
Prokurorluq orqanlarının vətəndaşlarla onlayn əlaqəsinin yaradılmasına imkan verən “Mobil vətəndaş müraciəti” mobil applikasiyası hazırlanacaq.

Azvision.az xəbər verir ki, bu barədə prokurorluq orqanları tərəfindən 2019-cu ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında məlumat verilib.
Prezident İlham Əliyevin dövlət qurumlarında müasir informasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən istifadə ilə bağlı tapşırıq və tövsiyələrinin icrası ilə əlaqədar, eləcə də şəffaflıq və operativliyin təmin edilməsi məqsədilə prokurorluq orqanlarının funksional vəzifələri üzrə vətəndaşlarla mobil rabitənin üstünlüklərindən istifadə etməklə onlayn əlaqəsinin yaradılmasına imkan verən “Mobil vətəndaş müraciəti” mobil applikasiyanın qısa zamanda hazırlanaraq istifadəyə verilməsi barədə iclasda Baş Prokuror tərəfindən göstəriş verilib.

Azvision.az



Teqlər: Baş-Prokurorluq  





Xəbər lenti