Naxçıvan əhalisinin sayı 57,2 min nəfər artıb

Naxçıvan əhalisinin sayı 57,2 min nəfər artıb
  15 Fevral 2020    Oxunub:3305
Naxçıvan Muxtar Respublikasında 1 yanvar 2020-ci il tarixə əhalinin sayı 2009-cu ilin sonu ilə müqayisədə 57,2 min nəfər artaraq 459,6 min nəfər olub. Ümumi əhalinin 94,5 mini Naxçıvan şəhərində, 117,6 mini Şərur, 76,2 mini Babək, 50,2 mini Ordubad, 47 mini Culfa, 32,8 mini Kəngərli, 25,3 mini Şahbuz, 16 min nəfəri isə Sədərək rayonlarında qeydə alınıb.
Azvision.az Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin 229,6 min nəfərini kişilər, 230 min nəfərini isə qadınlar təşkil edib. Əhalinin 29,5 faizi şəhər, 70,5 faizi isə kənd yerlərində yaşayır.

Muxtar respublikada bir kvadratkilometrə düşən əhalinin sayı 84 nəfər olub ki, bu da 2009-cu ilin sonu ilə müqayisədə 11 nəfər çoxdur. Əhalinin ən sıx məskunlaşdığı yer Naxçıvan şəhəridir. Burada bir kvadratkilometrə 493 nəfər düşür.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   Əhali  





Xəbər lenti