Kolleclərə müəllim hazırlığı məhdudlaşdırılıb

Kolleclərə müəllim hazırlığı məhdudlaşdırılıb
  24 Dekabr 2013    Oxunub:1078
Müəllimlərin hazırlanması və işlə təminatı sahəsində mühüm dəyişikliklər olunacaq

AzVision.az-ın məlumatına görə, bu sözləri Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov deyib. Onun sözlərinə görə, Azərbaycan kolleclərində müəllim hazırlığı məhdudlaşdırılıb.

“Təhsil Nazirliyinin bu işlə daha ciddi məşğul olmaq fikrindədir. Ötən il 20 minə yaxın müəllim mərkəzləşmiş müsabiqədə iştirak edib. Onun xeyli hissəsi kollecləri bitirən məzunlar olub. Ancaq onlardan yalnız barmaqla sayılacaq qədər məzun işə qəbul olunub. Bu bizə əsas verir deyək ki, kolleclərdə müəllim hazırlığının keyfiyyəti bizi qane etmir. Beynəlxalq təcrübədə də kollec səviyyəsində müəllim hazırlanmır. Müəllimlər yalnız ali təhsil, hətta bəzi ölkələrdə magistratura səviyyəsində hazırlanır. Dövlət Strategiyası çərçivəsində kolleclərdə müəllim hazırlığının tamamilə məhdudlaşdırılması və yalnız ali təhsil səviyyəsində hazırlanmasına keçilməsi qarşıda duran əsas vəzifələrdən biridir".

F.Qədirov xatırladıb ki, Azərbaycanda bakalavr təhsili 4 ildir və şəxs bu illəri başa vurduqdan sonra müəllim kimi məktəbdə fəaliyyət göstərə bilər:

“4 ilin 3 ilini müəllimlərin pedaqoji sahə üzrə nəzəri biliklər əldə etməsi nəzərdə tutulur. Son bir ildə isə bilavasitə məktəblərdə müəllim kimi fəaliyyət göstərə bilər

Nazirlik rəsmisi onu da əlavə edib ki, gələcəkdə müəllimlər ehtiyac olan ucqar kənd məktəblərinə də göndəriləcək.

Mirvari Nəcəf



Teqlər:  





Xəbər lenti