Çində koronavirusdan ölənlərin sayı 1524-ə çatıb

 Çində koronavirusdan ölənlərin sayı 1524-ə çatıb
  15 Fevral 2020    Oxunub:2841
Çində koronavirusun yeni növünə (COVID-2019) yoluxanların sayı 66 min 578, virusdan ölənlərin sayı isə 1524 nəfərə çatıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çinin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb. Bildirilib ki, ötən sutka ərzində 2641 yoluxma, 143 ölüm faktı qeydə alınıb. Ölüm hallarından biri paytaxt Pekində baş verib.

Hazırda virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 8123 nəfərdir. İndiyədək 8123 nəfər sağalaraq xəstəxananı tərk edib.

Bundan başqa, virusa yoluxanlardan 11 min nəfərin vəziyyəti ağır qiymətləndirilir. Səlahiyyətli qurumlar virusa yoluxanlarla yaxın ünsiyyətdə olmuş 513 min nəfəri müəyyən edib, onlardan 169 mini həkim nəzarətinə alınıb.

Azvision.az



Teqlər: Çin   Koronavirus  





Xəbər lenti