Nazirlər Kabinetindən koronavirusla bağlı qadağa

  14 Fevral 2020    Oxunub : 3357
Nazirlər Kabinetindən koronavirusla bağlı qadağa
Nazirlər Kabineti “Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” qərar verib.
Azvision.az xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb

Qeyd olunub ki, yeni koronavirus (2019-nCoV) xəstəliyinin dünyada geniş yayılması ilə əlaqədar olaraq ölkə ərazisindən müxtəlif yollarla bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, qoruyucu kombinezon, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) kütləvi şəkildə aparılması halları aşkar edilib.

Bunu nəzərə alaraq, Nazirlər Kabinet yeni koronavirusla (2019-nCoV) mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) Azərbaycan Respublikasının ərazisindən aparılması məhdudlaşdırılması barədə qərar verib.

Səhiyyə Nazirliyi, Xarici İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsi bu qərardan irəli gələn məsələləri həll eməlidirlər.

Qərar 2020-ci il mayın 1-dək qüvvədədir.

Azvision.az

Teqlər: Nazirlər-Kabineti   Qərar