Sədr müavini Ağdaşda qəbul keçirdi

Sədr müavini Ağdaşda qəbul keçirdi
  14 Fevral 2020    Oxunub:2219
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova fevralın 14-də Ağdaş rayonundakı Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirib.
Komitədən Azvision.az -a verilən məlumata görə, qəbulda Kürdəmir, Göyçay, Ağdaş rayonundan olan sakinlərin ərizə, təklif və müraciətlərinə baxılıb. Görüş çərçivəsində sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, aliment, uşaqlarla ünsiyyət və boşanmalardan yaranan problemlərə, imkansız ailələrin müvafiq istiqamətdə təminatı, qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı, məişət zorakılığına məruz qalma və s. kimi məsələlərə baxılıb.

Qəbulda vətəndaşların komitənin səlahiyyətləri çərçivəsində müraciətləri müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb və aidiyyəti üzrə tədbirlər görülüb.

Qəbul başa çatdıqdan sonra Sədaqət Qəhrəmanova rayonun bir qrup fəal qadını ilə görüşüb. O, ailə, qadın və uşaq siyasəti sahəsində görülən mühüm işlər və layihələr haqqında danışıb. Sonda müzakirələr aparılıb və tədbir iştirakçılarının təklifləri nəzərə alınıb.

Azvision.az


Teqlər: Qəbul  





Xəbər lenti