Rusiyada helikopter qəzası - İki nəfər ölüb

Rusiyada helikopter qəzası -  İki nəfər ölüb
  14 Fevral 2020    Oxunub:2918
Rusiyada “Skol” aviaşirkətinə məxsus Mi-8 helikopteri Yamalda qəzaya uğrayıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, helikopterin göyərtəsində üçü ekipaj üzvü olmaqla 10 nəfər olub. Hadisə nəticəsində iki nəfər həlak olub.

Məlumata görə, helikopter “Qazpromneft-Geo” MMC-nin işçilərini daşıyırmış. Hadisə ilə bağlı araşdırma aparılır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Mi-8helikopteri   Qəza  





Xəbər lenti