Ermənistanda hərbi maşın aşıb: 6 əsgər yaralanıb

Ermənistanda hərbi maşın aşıb:    6 əsgər yaralanıb
  14 Fevral 2020    Oxunub:4720
Ermənistanda hərbçilərin olduğu nəqliyyat vasitəsi qəzaya düşüb.

Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gün baş verib. Belə ki, fevralın 13-də "Muratsan" hərbi hospitalından Sisiyana əsgər aparan avtomobil idarəetməni itirərək yolun kənarına aşıb.
Nəticədə avtomobildə olan 6 əsgər yaralanıb. Xəstəxanaya çatdırılan əsgərlərin üçünün vəziyyəti ağırdır. Qəzanın baş verməsinə yolların buz bağlaması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Ermistan  





Xəbər lenti