Bakı sakinindən tapança götürülüb

  14 Fevral 2020    Oxunub : 1511
Bakı sakinindən tapança götürülüb
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.İsmayılovdan “Makarov” markalı tapança və 6 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN