Qarabağda 3 erməni əsgər özünə qəsd edib
Azvision.az -ın məlumatına görə, nəşr bildirir ki, Mxoyan eyni hərbi hissədə intihar edən yeganə hərbçi deyil. Ondan əvvəl bir dəfə də oxşar hadisə baş verib.
"Fevralın 12-də yenidən iki əsgər - Tiqran Manvelyan və Tiqran Mxoyan intihar edib. Onların hər ikisi yanvarın 28-də intihara cəhd edən Nver Avetisyanla eyni ərazidəki hərbi hissələrdə xidmət ediblər. Məlum olur ki, bir həftə ərzində eyni hərbi hissədə əsgərlərdən biri intihara cəhd edir, lakin onu xilas edə bilirlər, digər əsgərlər isə ölürlər. Silahlı qüvvələrin Baş Qərargah rəisi Artak Davtyan nə düşünür?", - deyə erməni KİV-i yazıb.
Azvision.az