Moldova parlamentinin sədri Prezidenti təbrik edib

Moldova parlamentinin sədri Prezidenti təbrik edib
  13 Fevral 2020    Oxunub:1768
Moldova Parlamentinin sədri Zinaida Qreçanı Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Azvision.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Sizin sədri olduğunuz hakim Yeni Azərbaycan Partiyasının növbədənkənar parlament seçkilərində layiqli qələbə qazanaraq respublikanın qanunvericilik orqanında yerlərin çoxunu əldə etməsi münasibətilə Moldova Respublikasının parlamenti adından və şəxsən öz adımdan səmimi təbrikləri qəbul edin.

Ölkələrimiz arasındakı dostluq münasibətlərini məmnunluq hissi ilə vurğulamaq istəyirəm. Ümidvaram ki, Azərbaycan Respublikasının yeni parlamenti Moldova Respublikasının parlamenti ilə birgə və səmərəli fəaliyyəti davam etdirəcək.

Əminəm ki, ikitərəfli əlaqələrin bütün kompleksinin daha da inkişaf etdirilməsi, habelə müxtəlif sahələrdə konstruktiv dialoqun və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi xalqlarımızın əsas mənafelərinə cavab verəcək.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına isə davamlı sülh və tərəqqi arzulayıram. Sizə yüksək ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm".

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Təbrik  





Xəbər lenti