DGK sədri İsrail səfiri ilə görüşüb

DGK sədri İsrail səfiri ilə görüşüb
  13 Fevral 2020    Oxunub:2817
Azvision.az xəbər verir ki, yeni təyinatı münasibətilə səfiri təbrik edən Komitə sədri Azərbaycanla İsrail arasında bütün sahələrdə olduğu kimi, gömrük sferasında da səmərəli və işgüzar əməkdaşlıq münasibətlərinin qurulmasından məmnunluqla bəhs edib.

Səfər Mehdiyev son illər Prezident İlham Əliyev tərəfindən gömrük sistemində reallaşdırılan islahatların daha çevik və dinamik strukturun formalaşmasına, ölkəmizin tranzit və ixrac potensialının artırılmasına, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə şərait yaratdığını bildirib.

Həyata keçirilən yeniliklər hesabına şəffaflığın, vətəndaş məmnuniyyətinin təmin olunması istiqamətində uğurlu nəticələrin əldə olunduğunu qeyd edən Komitə sədri informasiya texnologiyalarının tətbiqi ilə rerallaşdırılan layihələrin sərhədkeçmə proseslərinin sürətləndirilməsinə, vətəndaş-məmur təmasının minimuma endirilməsinə, biznes mühitinin yaxşılaşdırılmasına təkan verdiyini diqqətə çatdırıb.

Azərbaycanla İsrail arasında ticarət dövriyyəsinin ilbəil artdığını diqqətə çatdıran Səfər Mehdiyev gömrük orqanlarının da bu sahədə mühüm rol oynadığını bildirib. 2018-ci ildə İsrailə səfərini, keçirilən işgüzar görüşləri məmnunluqla xatırladan DGK sədri iki ölkənin gömrük orqanları arasındakı səmərəli və işgüzar münasibətlərdən bəhs edib, qarşılıqlı səfərlərin, məlumat və təcrübə mübadiləsinin əməkdaşlığın gücləndirilməsinə əlverişli zəmin yaratdığını vurğulayıb.

İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik ölkəmizdə diplomatik fəaliyyətindən məmnunluğunu ifadə edib, qarşılıqlı münasibətlərin hazırkı səviyyəsindən razılığını bildirərək əlaqələrin inkişafına gömrük orqanlarının da öz töhfəsini verdiyini diqqətə çatdırıb. İki ölkənin gömrük orqanları arasındakı əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edən səfir birgə əməkdaşlığın perspektivlərindən danışıb.

Azvision.az


Teqlər: DGK  





Xəbər lenti