Hüseynbala Mirələmovun da nəticələri ləğv edildi - YENİLƏNİB

 Hüseynbala Mirələmovun da nəticələri ləğv edildi -  YENİLƏNİB
  13 Fevral 2020    Oxunub:6408
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 33 saylı Xətai Birinci Dairə Seçki Komissiyasının nəticələrinin ləğv olunması barədə müraciətə baxılıb.

Azvision.az xəbər verir ki, müraciət barədə MSK üzvü İlkin Şahbazov məlumat verib.
O bildirib ki, müraciət edən deputatlığa namizəd Fuad Abbasov qanun pozuntularını əsas gətirərək bir sıra məntəqələrin nəticələrinin ləğv edilməsini xahiş edib.

İ.Şahbazovun sözlərinə görə, müraciət 3 istiqamət üzrə araşdırılıb. Bəlli olub ki, seçkiyə müdaxilə halları öz əksini tapıb.

Bundan əlavə, yekun protokollarda seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallar aşkarlanıb. Ümumilikdə, 40 məntəqədən 21-də qanun pozuntusu halları müəyyən edilib.

Beləliklə, MSK müraciəti təmin edərək dairənin nəticələrinin ləğvi barədə qərar qəbul edib.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar açıqladığı ilkin nəticələrə əsasən, 33 saylı Xətai Birinci Seçki Dairəsinin lider namizədi Hüseynbala Mirələmov idi.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK  





Xəbər lenti