ATƏT-in müşahidəçisinin qeydiyyatı ləğv olundu

  13 Fevral 2020    Oxunub : 2197
ATƏT-in müşahidəçisinin qeydiyyatı ləğv olundu
Mərkəzi Seçki Komissiyası (MSK) ATƏT/DTİHB-nin müşahidəçisinin qeydiyyatını ləğv edib.
Azvision.az xəbər verir ki, bu barədə MSK-nın bu gün keçirilən iclasında qərar qəbul olunub.

ATƏT/DTİHB-nin müraciəti barədə məlumat verən MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, nümayəndə heyətinin rəhbəri Piter Teylor müşahidəçi Aygün Attarın qeydiyyatının ləğv olunması barədə komissiyaya müraciət ünvanlayıb.

MSK müraciətin təmin olunması barədə qərar qəbul edib.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK