Xəstəxana binasında təhlükə aradan qaldırıldı

Xəstəxana binasında təhlükə aradan qaldırıldı
  13 Fevral 2020    Oxunub:2285
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda altımərtəbəli xəstəxana binasının dam örtüyünün bir hissəsinin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, ərazidən keçən insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər qopan hissəni yerinə bərkidib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.

Azvision.az




Teqlər: FHN  





Xəbər lenti