Xaçmaz sakinindən 2 kq-dan çox heroin götürülüb

Xaçmaz sakinindən 2 kq-dan çox heroin götürülüb
  13 Fevral 2020    Oxunub:2223
İmişlidə avtomobildən 2 kiloqramdan çox heroin aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının Çaxırlı kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayon sakini V.Abbasovun idarə etdiyi “KİA” markalı avtomobil saxlanılıb.

Avtomobilə baxış zamanı oradan 2 kiloqram 735 qram heroin və 835 qram metamfetamin aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DIN  





Xəbər lenti