Paşinyanın bahalı otel sifarişi etiraza səbəb oldu

  13 Fevral 2020    Oxunub : 2511
Paşinyanın bahalı otel sifarişi etiraza səbəb oldu
Ermənistanın baş naziri Nikol Paşinyan və onu müşayiət edən şəxslər Almaniyanın paytaxtı Berlində ən bahalı otellərdə nömrələr sifariş ediblər.
Azvision.az xəbər verir ki, bu barədə erməni jurnalist Emil Babayan “Facebook”da məlumat yayıb.

O bildirib ki, Paşinyan 13-15 fevral tarixlərində Almaniyada işgüzar səfərdə olacaq və bu barədə rəsmi açıqlama verilib: "Lakin bizə Ermənistan nümayəndə heyətinin Berlindəki qiymətləri 500-900 avro olan beş ulduzlu oteldə 20 yer sifariş etmələri barədə məlumat verilməyib".

Babayan bu barədə otelin əməkdaşından məlumat aldığını vurğulayıb.

“Berlində normal xidmətlər göstərən və qiymətlərin daha aşağı olduğu digər beşulduzlu otellər var. İnkişaf etməkdə olan bir ölkənin nümayəndə heyəti niyə bu qədər pul xərcləməlidir. Gedib baxdım, Berlində həqiqətən çox ucuz otellər var. 120-180 dollar arasında özünüzü ərəb şeyxi kimi hiss edə biləcəyiniz nömrələr. 180-200 dollara çox gözəl nömrə sifariş edə bilərsiniz. Səhər yeməyi daxil, jakuzi, hovuz, idman zalı pulsuzdur, bar da var. Ermənistan nümayəndə heyəti yalnız otel üçün təxminən (500 + 900) 66 min dollar xərcləyəcək. Berlində 900 avroya nömrə nə deməkdir? Yalnız təxmin edə bilərsiniz", - deyə jurnalist yazıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Paşinyan   Ermənistan