Avropa İttifaqının xüsusi nümayəndəsi Prezidentin qəbulunda- FOTO

   Avropa İttifaqının xüsusi nümayəndəsi Prezidentin qəbulunda-    FOTO
  13 Fevral 2020    Oxunub:2767
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azvision.az xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi müzakirə edildi, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın əhəmiyyətinə toxunuldu, bu yaxınlarda Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurasının növbəti toplantısında Avropa İttifaqının yüksək səviyyədə iştirak etmək niyyətində olmasının önəmi vurğulandı və əlaqələrimizin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.



Azvision.az


Teqlər: Prezident   İlhamƏliyev  





Xəbər lenti