Mehriban Əliyeva güləşçilərimizi təbrik etdi

 Mehriban Əliyeva güləşçilərimizi təbrik etdi
  13 Fevral 2020    Oxunub:3401
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında 2 qızıl və 4 bürünc medal qazanan yunan-Roma güləşi üzrə milli komandamızın üzvlərini rəsmi “Instagram” səhifəsində təbrik edib.
Azvision.az xəbər verir ki, Birinci vitse-prezidentin bununla bağlı paylaşımında deyilir: “İdman sahəsində növbəti böyük uğurumuz! İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixində ilk dəfə 6 medal qazanaraq komanda hesabında ikinci yerdə qərarlaşıb. Bu möhtəşəm qələbə sevincini Azərbaycan xalqına yaşadan idmançılarımızı - qızıl medal sahibləri Sənan Süleymanovu və Rafiq Hüseynovu, bürünc medal sahibləri Eldəniz Əzizlini, Murad Bazarovu, Ülvi Qənizadəni və İslam Abbasovu və onların məşqçilərini səmimi-qəlbdən təbrik edir, onlara yeni-yeni nailiyyət və qələbələr arzulayıram”.

Bu gönderiyi Instagram'da gör

İdman sahəsində növbəti böyük uğurumuz! İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixində ilk dəfə 6 medal qazanaraq komanda hesabında ikinci yerdə qərarlaşıb. Bu möhtəşəm qələbə sevincini Azərbaycan xalqına yaşadan idmançılarımızı - qızıl medal sahibləri Sənan Süleymanovu və Rafiq Hüseynovu, bürünc medal sahibləri Eldəniz Əzizlini, Murad Bazarovu, Ülvi Qənizadəni və İslam Abbasovu və onların məşqçilərini səmimi-qəlbdən təbrik edir, onlara yeni-yeni nailiyyət və qələbələr arzulayıram! Romada Azərbaycanı təmsil edən yunan-Roma güləşi üzrə heyətimiz: Baş məşqçi - Aleksandr Tarakanov Böyük məşqçi - Rövşən Bayramov Şəxsi məşqçilər: Sənan Süleymanovun (qızıl medal 77 kq) məşqçisi Azər Hüseynov Rafiq Hüseynovun (qızıl medal 82 kq) məşqçisi Radik Huseynov Eldəniz Əzizlinin (bürünc medal 55 kq) məşqçisi Turac Hüseynli Murad Bazarovun (bürünc medal 60 kq) məşqçisi Vaqif Feyzullayev Ülvi Qənizadənin (bürünc medal 72 kq) məşqçisi Elnur Müzəffərov İslam Abbasovun (bürünc medal 87 kq) məşqçisi Bahadur Həziyev *** Наш очередной большой успех в сфере спорта! Впервые в своей истории сборная Азербайджана по греко-римской борьбе, завоевав на проводимой в столице Италии Риме чемпионате Европы 6 медалей, в командном зачете заняла второе место. Искренне поздравляю порадовавших весь азербайджанский народ своей блестящей победой наших спортсменов - обладателей золотой медали Санана Сулейманова и Рафига Гусейнова, обладателей бронзовой медали Эльданиза Азизли, Мурада Базарова, Ульви Ганизаде и Ислама Аббасова и их тренеров, желаю им новых достижений и побед! Наша команда по греко-римской борьбе, представляющая Азербайджан в Риме: Главный тренер - Александр Тараканов Старший тренер - Ровшан Байрамов Личные тренеры: Тренер Сенана Сулейманова (золотая медаль 77 кг) Азер Гусейнов Тренер Рафига Гусейнова (золотая медаль 82 кг) Радик Гусейнов Тренер Эльданиза Азизли (бронзовая медаль 55 кг) Турадж Гусейнли Тренер Мурада Базарова (бронзовая медаль 60 кг) Вагиф Фейзуллаев Тренер Ульви Ганизаде (бронзовая медаль 72 кг) Эльнур Музаффаров Тренер Ислама Аббасова (бронзовая медаль 87 кг) Бахадур Газиев

Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)'in paylaştığı bir gönderi ()



Xatırladaq ki, İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə milli komandamız tarixində ilk dəfə rekord sayda - 6 medal qazanıb. Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutublar. Beləliklə, 2 qızıl və 4 bürünc medal qazanan millimiz 116 xal toplayaraq komanda hesabında ikinci olub.

Azvision.az


Teqlər: MehribanƏliyeva   Təbrik  





Xəbər lenti