Qarabağda əsgər ölümləri ilə bağlı araşdırma aparılır

Qarabağda əsgər ölümləri ilə bağlı araşdırma aparılır
  13 Fevral 2020    Oxunub:2856
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni əsgərlər Tiqran Mxoyan və Miqran Manvelyanın ölümü ilə bağlı cinayət işi açılıb.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Xatırladaq ki, hər iki hərbi qulluqçu fevralın 12-də döyüş postunda ağır güllə yarası alıb. Onlar xəstəxanaya aparılarkən yolda ölüblər. Hadisə ilə bağlı araşdırma davam edir. Bəzi məlumatlara görə, əsgərlərin intihar etdiyi bildirilir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Qarabağ   Əsgər  





Xəbər lenti