Bir ailə turşudan zəhərləndi: Ana öldü, ata ilə qızı ağır vəziyyətdədir
İmişli MRX-dən verilən məlumata görə, hazırda ailənin 15 yaşlı qızı komatoz vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerlşdirilib. Vəziyyəti ağır olduğundan Bakıya göndərilməyib. Paytaxtdan ezam olunan həkimlər briqadası tərəfindən ona yardımlar göstərilir.
Zəhərlənməyə səbəb konservləşdirilmiş pomidor turşusundan hazırlanan xörək olub. İlkin olaraq onlara botulizm diaqnozu qoyulub.
Faktla bağlı arşadırmalar aparılır.
Azvision.az
Teqlər: İmişli Zəhərlənmə