Azərbaycanla bağlı sənədlərin surəti ölkəmizə gətiriləcək

Azərbaycanla bağlı sənədlərin surəti ölkəmizə gətiriləcək
  13 Fevral 2020    Oxunub:2836
Xarici ölkələrin arxivlərində, muzeylərində və kitabxanalarında Azərbaycanla bağlı saxlanılan sənədlərin surətləri ölkəmizə gətiriləcək.
Azvision.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020–2025-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunub.

Sənədə əsasən, Milli Arxiv İdarəsi və Xarici İşlər Nazirliyi 2020-2025-ci illərdə xarici ölkələrin arxivlərində, muzeylərində və kitabxanalarında Azərbaycanla bağlı saxlanılan sənədlərin aşkar edilərək, surətlərinin Azərbaycan Respublikasına gətirilməsini təmin etməlidir.

Azvision.az


Teqlər: Prezident   Sərəncam   Sənəd  





Xəbər lenti