Nazirlikdə koronavirusla bağlı tədbir keçirildi

Nazirlikdə koronavirusla bağlı tədbir keçirildi
  12 Fevral 2020    Oxunub:2045
Fevralın 12-də Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin Həmkarlar İttifaqı FHN-in Bakı Regional Mərkəzinin akt zalında FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə proflaktik maarifləndirmə tədbiri keçirib.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Baş Nazirinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında yeni koronovirus (2019-nCOV) xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” diqqətə çatdırılıb.

Maarifləndirmə tədbirində çıxış edən FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov xəstəliyin simptomları və onun yayılmasının qarşısının alınması yolları, xüsusən əhali arasında bu xəstəliyin proflaktikası məqsədilə sanitariya-maarifləndirmə işinin həyata keçirilməsində həmkarlar ittifaqının rolu və qarşıda duran vəzifələr barədə geniş məlumat verib.

Mehman İsmayılov hökumət tərəfindən təsdiq olunmuş “Fəaliyyət Planı”ndan irəli gələrək FHN-in qarşısında qoyulmuş vəzifələri diqqətə çatdırıb.

İttifaqın sədri tərəfindən FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinə tövsiyə olunub ki, hər bir həmkarlar komitəsi bu xəstəliklə bağlı proflaktik maarifləndirmə tədbirləri təşkil edərək ittifaqa üzv olan əməkdaşları vəzifə səlahiyyətləri çərçiivəsində yeni koronovirus xəstəliyi barədə məlumatlandırsınlar.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti