Azərbaycan İstiqlal Muzeyi ziyarət olunub
Bildirilib ki, muzeyin ekspozisiyasının hər zalı müəyyən tarixi dövrü əhatə edir və 6 zaldan ibarətdir. Birinci zalda dövlət atributları, Azərbaycanın XVIII-XIX əsrlərdə xanlıqlara bölünməsi, Şimali və Cənubi Azərbaycana parçalanmasını əks etdirən tarixi sənədlər sərgilənir. İkinci zalda XIX əsrin sonu XX əsrin əvvəlində Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətinə, Azərbaycan sənaye burjuaziyasına, Azərbaycan neft milyonçularına, 31 Mart soyqırımına və Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə həsr olunan eksponatlar yer alır.
Digər zallarda repressiya və İkinci Dünya müharibəsi illərinə aid eksponatlar əksini tapıb. Beşinci zalda Qarabağ müharibəsinə həsr olunan eksponatlar yerləşdirilib. Altıncı zalda Azərbaycanın müstəqillik dövründə əldə olunan nailiyyətlər əksini tapıb. Muzeydə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında qazanılmış nailiyyətləri özündə əks etdirən guşə də nümayiş olunur.
Tariximizin böyük bir hissəsini özündə əks etdirən nadir eksponatlarla zəngin Azərbaycan İstiqlal Muzeyini ziyarət tədbir iştirakçılarının hər birində xoş təəssürat yaradıb.
Azvision.az
Teqlər: muzey