Boşanmaların ən çox qeydə alındığı rayonlar - RƏSMİ

  Boşanmaların ən çox qeydə alındığı rayonlar -    RƏSMİ
  12 Fevral 2020    Oxunub:2453
2019-cu ildə ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 63869 nikah və 17148 boşanma halları qeydə alınıb.
Dövlət Sttaistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 2018-ci illə müqayisədə dəyişməyərək eyni səviyyədə (6,4) qalıb. Boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

Əhalinin hər 1000 nəfərinə nikahlar Aran və Kəlbəcər-Laçın (6,9), Dağlıq Şirvan (6,8), Şəki-Zaqatala (6,6), Quba-Xaçmaz və Yuxarı Qarabağ (6,5) iqtisadi rayonlarında ölkə səviyyəsindən (6,4) yüksək olub.

Boşanmalar isə Bakı şəhərində və Kəlbəcər-Laçın (2,3), Abşeron və Yuxarı Qarabağ (2,0) iqtisadi rayonlarında ölkə səviyyəsindən (1,7) yüksək olub.

Azvision.az



Teqlər: Boşanma  





Xəbər lenti