Ötən il 108 üçəm, 8 dördəm doğulub

  12 Fevral 2020    Oxunub : 1532
 Ötən il 108 üçəm, 8 dördəm doğulub
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2019-cu ildə 141179 doğulan körpə qeydə alınıb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 2018-ci illə müqayisədə 14,2-dən 14,3-ə qədər artıb.

Körpələrdən 3356-sı əkiz, 108-i üçəm, 8-i isə dördəm doğulanlardır. Əhalinin hər 1000 nəfərinə doğum Dağlıq Şirvan (16,7), Kəlbəcər-Laçın (16,0), Aran (15,6), Quba-Xaçmaz (15,5), Lənkəran (15,4) və Yuxarı Qarabağ (14,6) iqtisadi rayonlarında ölkə səviyyəsindən (14,3) yüksək olub.

Azvision.az

Teqlər: Uşaq   Doğum