“Sabitliyin əsasında güclü iqtisadiyyat durur” - Eldar Əzizov

“Sabitliyin əsasında güclü iqtisadiyyat durur” -   Eldar Əzizov
  12 Fevral 2020    Oxunub:3774
"Azərbaycandakı sabitliyin əsasında güclü iqtisadiyyat durur və bunun nəticəsində ölkə böyük idman tədbirlərinə ev sahibliyi edə bilir".

Azvision.az xəbər verir ki, bunu "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" adlı beynəlxalq konfransda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
Onun sözlərinə görə, 2016-cı ildən sonra Azərbaycana gələn turistlərin sayı 4 dəfə artıb.

E.Əzizov, həmçinin qeyd edib ki, ölkədə olan hotellərin sayı isə 144-dən 250-ə qalxıb: "Bu hal ona görə baş verir ki, ölkəyə böyük turist axını var. Sevidirici haldır ki, turist axını ilbəil artmaqdadır".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Eldar-Əzizov   İcra-Başçısı  





Xəbər lenti