Sanders ilkin seçkilərdə qalib gəldi

Sanders ilkin seçkilərdə qalib gəldi
  12 Fevral 2020    Oxunub:2412
ABŞ Demokrat Partiyasından prezidentliyə namizəd, senator Berni Sanders Nyu-Hempşir ştatında ilkin səsvermədə qalib gəlib.

Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, məntəqələrin 90%-nin nəticələrinə görə, seçicilərin təqribən 26% -i (70 mindən çox adam) Sanderə səs verib.
İkinci yerdə 24.4 faiz səslə Saut Bend şəhərinin (İndiana) meri Pitt Butticiç, üçüncü yerdə senator Emi Klobuşar (19.8%) qərarlaşıb. Senator Elizabet Uorren dördüncü (9.3%), rəy sorğularının lideri olmuş keçmiş vitse-prezident Co Bayden beşinci sırada (8.4%) yer alıb.

Səsvermənin tamamlanmamasına baxmayaraq, ekspertlər, ABŞ-ın aparıcı KİV-ləri vəziyyətin dəyişməyəcəyini və qalibin artıq müəyyənləşdiyini bildirirlər.

Xatırladaq ki, hazırda 10 nəfər Demokrat Partiyasından vahid namizəd olaraq irəli sürülmək üçün mübarizə aparır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Seçki  





Xəbər lenti