DSK protokollarının MSK-ya təqdim edilməsi başa çatdı

   DSK protokollarının MSK-ya təqdim edilməsi başa çatdı
  12 Fevral 2020    Oxunub:1605
Azərbaycanda fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı seçki dairəsi üzrə seçkilərin nəticələrinin müəyyən olunması, dairə seçki komissiyası (DSK) protokolunun tərtib edilməsi və protokolun 1-ci nüsxəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim olunması müddəti başa çatıb.
Azvision.az xəbər verir ki, Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, protokollar dairə seçki komissiyaları tərəfindən səsvermə günündən ən geci 2 gün keçənədək, yəni 2020-ci il fevralın 12-dək təqdim edilməlidir.

Mərkəzi Seçki Komissiyasın məlumatına əsasən, 125 dairə seçki komissiyasının hamısı artıq protokolları Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: DSK   MSK  





Xəbər lenti