Koronavirusdan ölənlərin sayı 1114 nəfərə çatdı

 Koronavirusdan ölənlərin sayı 1114 nəfərə çatdı
  12 Fevral 2020    Oxunub:2989
Çində yeni növ koronavirusa yoluxanların sayı 44 min 742, bu virusdan ölənlərin sayı isə 1114 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Çin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, virusa yoluxmaqda şübhəli bilinənlərin sayı azalaraq 16 min nəfərə düşüb. İndiyədək 4744 nəfər sağalaraq xəstəxananı tərk edib. Virusa yoluxanlardan 8200 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Səlahiyyətli qurumlar virusa yoluxanlarla yaxın ünsiyyətdə olmuş 451 min nəfəri müəyyən edib, onlardan 185 mini həkim nəzarətinə alınıb.

Azvision.az


Teqlər: Çin   Koronavirus  





Xəbər lenti