Lavrov Putinin Fəxri Fərmanını Polad Bülbüloğluna təqdim etdi - FOTO

 Lavrov Putinin Fəxri Fərmanını Polad Bülbüloğluna təqdim etdi -    FOTO
  12 Fevral 2020    Oxunub:2950
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov MDB ölkələrinin səfirləri ilə görüşüb.

Azvision.az -ın məlumatına görə, görüş zamanı Lavrov Rusiya Prezidenti Vladimir Putinin tapşırığı ilə onun adından “Rusiya-Azərbaycan münasibətlərinin inkişafına verdiyi böyük töhfəyə görə” Fəxri Fərmanı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna təqdim edib.


Bundan başqa, Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyəti adından Polad Bülbüloğlunu “Humanitar əməkdaşlığın inkişafında göstərdiyi xidmətlərə görə” medalı ilə təltif edib.



Azvision.az



Teqlər: Rusiya   Lavrov   Putin   Polad-Bülbüloğlu  





Xəbər lenti