DİN: MSK-nın qarşısında qanunsuz aksiyanın qarşısı alınıb

 DİN:  MSK-nın qarşısında qanunsuz aksiyanın qarşısı alınıb
  12 Fevral 2020    Oxunub:7538
Daxili İşlər Nazirliyi (DİN) Mərkəzi Seçki Komissiyasının (MSK) binası qarşısında keçirilən icazəsiz aksiya ilə bağlı açıqlama yayıb.
Azvision.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, bu gün saat 18:00-dan başlayaraq bir qrup şəxs MSK-nın qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib. Təxminən 2 saat MSK nümayəndələrinin onlarla izahedici söhbətlər aparmasına baxmayaraq, həmin şəxslər qanunsuz əməllərini davam etdiriblər:

"Daha sonra MSK nümayəndələri ərazi polis orqanına müraciət edərək razılaşdırılmamış aksiyanın qarşısının alınmasını xahiş edib. Əraziyə gələn polis əməkdaşları onları qanunun aliliyinə dəvət edərək, dağılışmalarını tələb edib.

Lakin aksiya iştirakçıları polisin qanuni tələb və xəbərdarlığına məhəl qoymayıb. Belə olan halda polis qanunsuz aksiyanın qarşısını alaraq, onları ərazidən uzaqlaşdırıb. Bu zaman polisə müqavimət göstərən bir nəfər şəxs saxlanılıb".

E.Zahidov qeyd edib ki, hazırda araşdırma aparılır, nəticədən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Azvision.az


Teqlər: DİN   MSK   Aksiya  





Xəbər lenti