Ombudsman Fransa səfiri ilə görüşdü

  11 Fevral 2020    Oxunub : 1196
Ombudsman Fransa səfiri ilə görüşdü
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros ilə görüşüb.
Azvision.az Ombudsman aparatına istinadən xəbər verir ki, Müvəkkil qurumun çoxşaxəli fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

S.Əliyeva rəhbərlik etdiyi qurumun ölkə Konstitusiyasına, milli qanunvericiliyə və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalara uyğun olaraq insan və vətəndaş hüquqları və azadlıqlarının müdafiəsi, təbliği və bərpası istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərdiyini qonağın diqqətinə çatdırıb.

Müvəkkil Səbinə Əliyeva təsisatın Gəncə, Quba, ŞəkiCəlilabad regional mərkəzlərinin fəaliyyəti barədə məlumatları səfirin nəzərinə çatdırıb.

Müvəkkil, həmçinin Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladığını, bu təcavüz nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 1 milyondan çox azərbaycanlının bütün fundamental hüquqlarının pozulduğunu xüsusi olaraq vurğulayıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Zakari Qros Səbinə Əliyevayanı yeni Müvəkkil seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Görüşün səmərəli əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirən səfir Fransa ilə Azərbaycan arasında müxtəlif sahələri əhatə edən əlaqələrin qarşılıqlı faydalı və dinamik xarakter daşıdığını deyib.

Sonda qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: