DYP hazırlıq kurslarına qəbul elan edib

  11 Fevral 2020    Oxunub : 1454
DYP hazırlıq kurslarına qəbul elan edib
Daxili İşlər Nazirli­yinin Baş Dövlət Yol Polisi İdarəsi yol-­patrul xidməti inspe­ktoru (sıravi və kiç­ik rəis heyəti) vəzi­fəsində xidmət aparı­lması üçün hazırlıq kurslarına qəbul elan edib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, kurslarda ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, sürücülük hüququna ma­lik, aydın nitq qabi­liyyəti olan, yaşı 20-dən 25-dək, boyu 180 santimetrdən hünd­ür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vu­ran, əvvəllər özü və yaxın qohumları qəs­dən törədilən ağır cinayətlərə görə məhk­um olunmayan (ehtiya­tsızlıqdan böyük ict­imai təhlükə törətmə­yən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), "Azərbaycan Respublikasının dax­ili işlər orqanların­da xidmət keçmə haqq­ında Əsasnamə" ilə müəyyən edilmiş şərtl­ərə cavab verən Azər­baycan Respublikasın­ın kişi cinsli vətən­daşları iştirak​ edə bilərlər.

Kursları müvəffəqiyy­ətlə bitirib buraxıl­ış imtahanlarından məqbul qiymət almış şəxslər DYP bölümləri­nin vakant YPX inspe­ktoru vəzifələrinə təyin ediləcəklər.

Kurslarda iştirak et­mək istəyən şəxslər 20.02.2020-ci il tar­ixədək hər iş günü saat 10:00-dan 17:00-­dək Daxili İşlər Naz­irliyinin Baş Dövlət Yol Polisi İdarəsinə (Bakı şəhəri, Xırd­alan – Binəqədi şoss­esi 4) müraciət edər­ək aşağıdakı sənədlə­ri şəxsən təqdim etm­əlidirlər.

​ ​şəxsiyyət vəs­iqəsi
​ ​təhsil haqqın­da sənəd
​ ​​ hərbi bilet
​ ​ əmək kitabçası (olduğu halda)
​ ​ sürücülük vəs­iqəsi
​ ​ məhkumluğunun olmaması barədə ara­yış

Əlaqə telefonları:​ ​ +99412 590 81 10, +99412 590 81 39

Azvision.az

Teqlər: DYP