İki maşın toqquşdu, sürücülərdən biri öldü

  11 Fevral 2020    Oxunub : 1381
İki maşın toqquşdu, sürücülərdən biri öldü
Kəpəz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, fevralın 10-da saat 23 radələrində Kəpəz rayonu ərazisində Gəncə şəhər sakinləri Vüsal Bəhramov idarə etdiyi “Mercedes” və V.Əliyevin idarə etdiyi “Daimler Chrysler” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü xəstəxanaya yerləşdirilib, V.Bəhramov orada ölüb. Kəpəz RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza