Şəmkirdə mal-qara oğruları tutuldu

Şəmkirdə mal-qara oğruları tutuldu
  11 Fevral 2020    Oxunub:2423
Şəmkirdə mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini Elçin Əkbərov ona məxsus 10 baş iri buynuzlu heyvanın rayonun Şiştəpə kəndi yaxınlığındakı otlaq sahədən naməlum şəraitdə itdiyini bildirib.

Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, 23 yanvar 2020-ci il tarixində vətəndaşa məxsus heyvanları otlaq sahəsindən Şəmkir rayon sakinləri, əvvəllər məhkum olunmuş, 31 yaşlı Elman Nağıyev və onun əmisi oğlu, 31 yaşlı Səfər Nağıyev oğurlayıblar.

Dindirilmə zamanı onlar törətdiyi oğruluq hadisələrini etiraf edərək həmin heyvanları Bərdə rayonunda satdıqlarını, əldə etdikləri pulu isə aralarında bölərək xərclədiklərini bildiriblər. Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti