Əli Kərimlinin qohumu adam döyüb – İstintaq gedir

  11 Fevral 2020    Oxunub : 9008
   Əli Kərimlinin qohumu adam döyüb –    İstintaq gedir
AXCP sədri Əli Kərimlinin əmisinin nəvəsi Kərimov Emil Tofiq oğlunun törətdiyi xuliqanlıq əməli hazırda istintaq olunur.
Əldə etdiyimiz məlumata görə, Emil Kərimov 2019-cu il avqustun 21-də Bakı şəhəri, Binəqədi rayonu ərazisində motosiklet idarə edərkən digər avtomobilin sürücüsü Nəbiyev Elyar Məhiyəddin oğlu ilə mübahisə edərək, onu söyüb və əlində olan küt alətlə E.Nəbiyevin ağız və boyun nahiyəsinə xəsarət yetirib.

Məhkəmə-tibb ekspertizasının rəyinə əsasən, Nəbiyev Elyar Məhiyəddin oğlunda aşkar edilmiş xəsarətlər - qapalı kəllə travması və baş beyin silkələnməsi ilə müşayiət olunan başın sol təpə və ənsə nahiyəsinin qançır-şişkinlikləri, alt dodağın şişkinliyi və selikli qişasına qansızma bərk küt əşyanın təsirindən əmələ gəlib və sağlamlığa yüngül zərər vurmaya aiddirlər.

Zərərçəkmiş Elyar Nəbiyev bildirib ki, E.Kərimovun motosikleti onun maşınının yanına sürüb, əlində olan əyşa ilə onun ağzından və başından vurub.

E.Kərimova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 (silah qismində əşya tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham elan olunub.

İstintaq zamanı 1984-cü il təvəllüdlü E.Kərimovun əvvəllər də xuliqanlıq etdiyinə və qanunsuz olaraq narkotik vasitə daşıdığına görə həbsdə olduğu müəyyən edilib.

Hazırki cinayət işi üzrə istintaq davam etdirilir.

Teqlər: Əli-Kərimli