40 gündə 8 erməni əsgəri ölüb

 40 gündə 8 erməni əsgəri ölüb
  11 Fevral 2020    Oxunub:3831
Ermənistan ordusunda bir-birinin ardınca faciəvi hadisələr baş verir. Son günlər hərbi qulluqçuların ölümü və xəsarət almasi ilə nəticələnən hadisələrin sayı əvvəlki illərlə müqayisədə xeyli artıb.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” nəşri məlumat yayıb.
Bildirilib ki, cari ilin 1 yanvar tarixindən fevralın 9-dək olan müddətdə Ermənistan ordusunun 8 əsgəri ölüb. Onların hamısı qeyri-döyüş şəraitində həyatlarını itiriblər.

“Yeri gəlmişkən, orduda baş verən hadisələrdən sonra Müdafiə naziri David Tonoyan nazir müavinlərindən birinə hərbi hissələrdə yoxlamalar aparmağı tapşırıb. Lakin Müdafiə Nazirliyi ilə Baş Qərargah arasındakı münasibətlər gərginləşdiyindən proses bir qədər səngiyib. Bu şəraitdə, Qaş Qərargahdan hər hansı bir nümayəndəni tapmaq çətindir ki, Müdafiə Nazirliyi ilə əməkdaşlıq həyata keçirə bilsin"-, deyə nəşr yazıb.

Azvision.az


Teqlər: Erməni   Əsgər   Ölüm  





Xəbər lenti