İrəvanda məhkəmə hakimi qarət olunub

İrəvanda məhkəmə hakimi qarət olunub
  11 Fevral 2020    Oxunub:2005
İrəvanda Ermənistanın inzibati məhkəməsinin hakimi Artsrun Mirzoyan qarət edilib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, hakim hadisə barədə polis idarəsinə məlumat verib.

Zərərçəkmişin sözlərinə görə, naməlum şəxs və ya şəxslər Baqramyan prospektində park edilmiş "Lexus" markalı avtomobilinin şüşəsini sındıraraq oradan çantanı oğurlayıblar.

Mirzoyan deyib ki, çantada onun pasportu, avtomobilin texniki pasportu, sürücülük vəsiqəsi, hakimin rəsmi vəsiqəsi, ödəniş qəbzi, bir sıra müqavilələrin surətləri və qızıl məmulatları olub.

Faktla bağlı araşdırma aparılır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İrəvan   Qarət   Ermənistan  





Xəbər lenti