“Ümumilikdə seçki prosesi rəvan şəkildə keçib” - MSK rəsmisi

 “Ümumilikdə seçki prosesi rəvan şəkildə keçib” -   MSK rəsmisi
  10 Fevral 2020    Oxunub:2831
"101 saylı Göygöl-Daşkəsən seçki dairəsində deputatlığa namizədin vəkilinin ölməsi ilə bağlı hələlik konkret fikir bildirmək çətindir".

Azvision.az xəbər verir ki, bunu jurnalistərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib. O bildirib ki, bütün bu məsələlər araşdırılacaq: “Bu barədə məlumatlar ilk növbədə məhz KİV-lərə çatdırılacaq”.
Sədr müavini onu da qeyd edib ki, ümumilikdə seçki prosesi rəvan, qanunvericiliyin tələblərinə uyğun şəkildə keçib: "Ancaq neqativ hallar olmadan milyonlarla insanın cəlb olunduğu prosesi təsəvvür etmək mümkün deyil. Ən vacibi hər hansı neqativ halın baş verib-verməməsi deyil. Ən vacibi odur ki, hər hansı xoşagəlməz hal olan zaman ona adekvat cavab reaksiyası göstərilsin, müvafiq tədbir görülsün. MSK-da bu addımları atacaq".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK  





Xəbər lenti