ABŞ və İngiltərədə təhsil alan 31 yaşlı deputat - Kamal Cəfərov kimdir?

ABŞ və İngiltərədə təhsil alan 31 yaşlı deputat -   Kamal Cəfərov kimdir?
  10 Fevral 2020    Oxunub:14930
Mərkəzi Seçki Komissiyası 9 fevral seçkilərinin ilkin nəticələrini açıqlayıb.
63 saylı Sabirabad birinci seçki dairəsindən Cəfərov Kamal Xəqani oğlu 11 min 872 səslə deputat seçilib.

31 yaşlı gənc deputat kimdir?

Kamal Cəfərov 1989-cu il 15 dekabr tarixində Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin bakalavr pilləsini, Böyük Britaniyanın London Kral Universitetində (King’s College London) beynəlxalq vergi hüququ üzrə magistr pilləsini və Vyana şəhərində yerləşən Beynəlxalq Anti-Korrupsiya Akademiyasının "Anti-korrupsiya elmləri üzrə” magistr proqramnı fərqlənmə ilə bitirib.

Amerika Birləşmiş Ştatlarının Mərkəzi Texas Kollecində "Amerika hüquq sisteminə giriş” mövzusunda mübadilə proqramını və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə magistr proqramını bitirib.



K.Сəfərov Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə üzrə Sertifikatlaşdırılmış Ekspertlər Assosiasiyasının (ACAMS) müvafiq imtahanını uğurla keçərərək çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə beynəlxalq ekspert sertifikatına layiq görülüb.

2012-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) beynəlxalq əlaqələr şöbəsində məsləhətçi və böyük məsləhətçi vəzifələrində işləyib. 2013-2014-cü illərdə hərbi xidmət keçib.



2014-2016-ci illərdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyinin böyük məsləhətçisi, 2016-ci ildən isə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi kimi fəaliyyət göstərir. 2015-ci ildən Avropa Şurasının Şərq tərəfdaşlığı proqramı çərçivəsində "Yaxşı idarəçilik və korrupsiyaya qarşı Mübarizə” layihəsinin Milli koordinatoru, 2016-cı ildən "Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşkilatının Azərbaycan üzrə Milli koordinatoru, BMT-nin "Korrupsiya əleyhinə Konvesiyası”nın icrası üzrə Milli əlaqələndiricisi, 2017-ci ildən Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlə Qrupunda (GRECO) Azərbaycanın nümayəndə heyətinin rəhbəridir.



Kamal Cəfərov Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) və Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliklərinin təsisçisi olub. 2011-2013-cü illərdə Azərbaycan Hüquqşünaslar Konfederasiyasının Baş katibi olub. K.Cəfərov korrupsiyaya qarşı mübarizə sahəsində təhsil və ictimai maarifləndirməni həyata keçirən Azərbaycan Antikorrupsiya Akademiyasının (AZAKA) idarə heyətinin üzvüdür.



İngiltərənin "The Guardian" nəşri, Türkiyənin "Hurriyet Daily News” nəşri və bir sıra yerli xəbər saytlarında məqalələri dərc edilib.



Azvision.az


Teqlər: Kamal-Cəfərov   MSK  





Xəbər lenti