Yolu keçən piyadanı maşın vurub öldürdü

Yolu keçən piyadanı maşın vurub öldürdü
  10 Fevral 2020    Oxunub:1780
Bakının Nərimanov rayonunun Təbriz küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, fevralın 9-da saat 12 radələrində Nərimanov rayonunun Təbriz küçəsində Bakı şəhər sakini E.Aydınov idarə etdiyi “Lexus” markalı avtomobillə yolu keçən paytaxt sakini Rauf Əliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza   Piyada  





Xəbər lenti