Miqrasiya Xidmətində Milli Fəaliyyət Planı müzakirə edildi - FOTO

  10 Fevral 2020    Oxunub : 1758
 Miqrasiya Xidmətində Milli Fəaliyyət Planı müzakirə edildi - FOTO
Dövlət Miqrasiya Xidmətində Açıq hökumətin təşviqi üzrə 2020-2022-ci illər üzrə Milli Fəaliyyət Planı layihəsi aidiyyəti dövlət qurumları, vətəndaş cəmiyyəti təşkilatları nümayəndələri, ekspertlərin iştirakı ilə müzakirə edilib.
Azvision.az -ın DMX-ya istinadən verdiyi məlumata görə, tədbirdə qeyd edilib ki, şəffaflığın və vətəndaş məmnunluğunun artırılması, dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi nəticəsində ölkəmiz böyük uğurlar qazanıb. Bundan əvvəl də açıq hökumət prinsipləri əsasında həyata keçirilən tədbirlər informasiyanın əlçatanlığının təmin edilməsini, ictimai iştirakçılığın artmasını və vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığı özündə ehtiva edib. 2020-2022-ci illəri əhatə edən yeni Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı layihəsində də korrupsiyanın qarşısının alınması, maliyyə şəffaflığının təmin edilməsi, dövlət xidmətlərin təkmilləşdirilməsi, informasiya əldə edilməsinin daha da sadələşdirilməsi və digər istiqamətlərdə tədbirlərin reallaşdırılmasının nəzərdə tutulması təqdirəlayiqdir.

Daha sonra müvafiq dövlət qurumları, vətəndaş cəmiyyəti təşkilatları nümayəndələri, ekspertlərin iştirakı ilə Milli Fəaliyyət Planı layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib və suallar cavablandırılıb.

Sonda sənəd layihəsinin müvafiq icra hakimiyyəti orqanına təqdim olunması qərara alınıb.





Azvision.az

Teqlər: Miqrasiya-Xidməti   DMX   Vüsal-Hüseynov