Meksikalı deputat: “Seçkilər tam demokratik keçirildi”

Meksikalı deputat: “Seçkilər tam demokratik keçirildi”
  10 Fevral 2020    Oxunub:2434
"Azərbaycanda növbədənkənar parlament seçkiləri tam demokratik və şəffaf keçirilib".
Azvision.az xəbər verir ki, bunu Meksika Parlamentinin deputatı Aqustin Qarsia Rubio deyib.

Onun sözlərinə görə, seçkilər bütövlük, dürüstlük və məsuliyyət konfedensiyaları əsasında formalaşıb: "Bu seçkidə Azərbaycan xalqına legitimlik verildi. Xarici ölkələrin nümayəndələrinə isə ölkələrarası münasibətlərə fayda vermək imkanı tanındı. Gün ərzində Bakıda 10 məntəqədə seçki prosesinin müşahidəsini aparmışam. İllər öncə qoyulan təməllərin bu gün də prioritet olduğunun şahidi oldum. Azərbaycanda sənaye və turizm, energetika və iqtisadi sahədə nailiyyətləri müsbət dəyərləndirirəm. Hər bir Azərbaycan vətəndaşı Meksikada hörmətlə qarşılanacaq".

Azvision.az


Teqlər: Meksika   Nümayəndə   Seçki   Müşahidə  





Xəbər lenti