Narkotacirlərdən 4 kq marixuana götürülüb

Narkotacirlərdən 4 kq marixuana götürülüb
  10 Fevral 2020    Oxunub:1982
Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234-cü (narkotiklərlə əlaqəli cinayətlərə görə) maddəsi ilə axtarışda olan Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş E.İsgəndərov saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, ətrafında aparılan tədbirlərlə onun evindən 3 kiloqram 148 qram marixuana və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Nundan başqa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Abşeron rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini N.Cəbiyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqram 10 qram marixuana aşkar edilərək götürülüb.


Azvision.az


Teqlər: Narkotik  





Xəbər lenti