“Müşahidəçilər üçün yüksək şərait yaradılıb” - Savalan Mirzoyev

“Müşahidəçilər üçün yüksək şərait yaradılıb” -  Savalan Mirzoyev
  10 Fevral 2020    Oxunub:2618
“Azərbaycanda keçirilən seçkilər demokratik şəraitdə baş tutub”.
Azvision.az xəbər verir ki, bunu parlament seçkilərini müşahidə edən gürcüstanlı deputat Savalan Mirzoyev deyib. Onun sözlərinə görə, Gürcüstandan olan parlament üzvləri 11 məntəqədə seçki prosesini müşahidə ediblər.

"Həmin məntəqədə seçicilər, müxtəlif partiya üzvləri və komissya üzvləri tərəfindən bizə bildirildi ki, seçkilər şəffaf şəraitdə keçirilir. Biz, həmçinin bizimlə tərəfdaş olan müşahidəçi missiya olan dövlətlərlə də əlaqə yaratmışdıq. Onlar da qeyd etmişdi ki, həm seçicilər, həm müşahidəçilər üçün yüksək şərait yaradılıb”.

S.Mirzoyev qeyd edib ki, Azərbaycan Gürcüstan üçün əsas tərəfdaş ölkədir: “Biz Gürcüstan olaraq Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini hər zaman dəstəkləyirik. Bu ölkədə gedən hər hansı siyasi proses bizim üçün çox böyük önəm daşıyır. Bu il Gürcüstanda da parlament seçkilərinin keçirilməsi nəzərdə tutulur. Azərbaycanda seçkilərin belə azad, şəffaf şəkildə keçirilməsi regionda demokratiyanın inkişafına bir töhfə, təkandır. Azərbaycan xalqı öz seçimi ilə Azərbaycan dövlətçiliyinə olan dəstəyini bir daha göstərdi”.

Azvision.az


Teqlər: Seçki   Müşahidə  





Xəbər lenti