“Azərbaycanda yüksək seçici fəallığı müşahidə etdik” - GUAM PA

 “Azərbaycanda yüksək seçici fəallığı müşahidə etdik” -  GUAM PA
  10 Fevral 2020    Oxunub:2240
“Ötən gün xeyli seçki məntəqəsində olduq. Seçkilər yüksək səviyyədə təşkil olunmuşdu. Seçkilər azad və ədalətli keçirildi".
Azvision.az xəbər verir ki, bunu Ukraynadan olan müşahidəçi, Ukrayna Ali Radasının deputatı Marian Zabloskiy deyib.

Ukraynalı müşahidəçi seçkilərdə yüksək seçici fəallığını müşahidə etdiyini bildirib: “Azərbaycanda seçkilər beynəlxalq standart və tələblərə, həmçinin ATƏT və Avropa Şurasının qaydalarına uyğun keçirilib. Seçki məntəqələrində seçicilərin sərbəst səs vermələri, müşahidəçilərin prosesi rahat izləmələri üçün hər bir şərait yaradılmışdı".

GUAM nümayəndə heyəti seçki komissiyalarının işi və ümumilikdə səsvermənin təşkili və keçirilməsi ilə bağlı heç bir iradının olmadığını vurğulayıb.

Azvision.az


Teqlər: Seçki   Müşahidəçi  





Xəbər lenti