QDİƏT PA: “Seçkilər demokratik, ədalətli keçirilib”
Azvision.az xəbər verir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) müşahidə missiyasının üzvü, türkiyəli deputat Cemal Öztürk bildirib.
Qurumun Baş katibi Asəf Hacıyev qeyd edib ki, nümayəndə heyətinə 5 ölkənin nümayəndəsi daxildir: "Dünən Bakıda 10-dan çox seçki məntəqəsində olduq, heç bir qayda pozuntusu görmədik. Hətta orada olan partiyaların nümayəndələrindən soruşduq, daha sonra Maştağa və Bilgəhdə də 10-a yaxın məntəqədə olduq. Məntəqələrdə aktivlik daha çox idi".
QDİƏT PA-nın müşahidə missiyasının üzvü, rusiyalı deputat Maksim Şablikin həmkarları ilə birgə seçkidə müşahidə apardığını qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda seçkilər çox demokratik şəkildə keçirilib.
QDİƏT PA-in müşahidə missiyasının üzvü, bolqarıstanlı deputat Petar Kanev Azərbaycanda demokratik seçki prosesi müşahidə etdiklərini vurğulayıb: “Mən artıq Azərbaycanda 3-cü dəfədir ki, seçkilərdə iştirak edirəm. Hava çox soyuq olsa da, seçkiyə maraq çox yüksək idi. 40-a yaxın yerdə müşahidə apardım, seçkilərin şəffaf keçirilməsini müşahidə etdim".
Azvision.az