“Qarabağdan olan seçicilərin səs verməsi məni çox təsirləndirdi”

“Qarabağdan olan seçicilərin səs verməsi məni çox təsirləndirdi”
  10 Fevral 2020    Oxunub:2439
"Müşahidə müddətində Dağlıq Qarabağ bölgəsini əhatə edən seçki məntəqəsində oldum. Seçki məntəqəsində Dağlıq Qarabağdan olan seçicilərin səs verməsi məni çox təsirləndirdi. Onlar bizə özlərinin keşməkeşli həyatlarını danışdılar”.
Azvision.az xəbər verir ki, bunu parlament seçkilərini izləmək üçün Azərbaycana səfər edən beynəlxalq müşahidəçi, Azad Almaniya Universitetinin dosenti, professor Matthias Dornfeldt bu gün keçirilən mətbuat konfransında deyib.

O, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həll edilməsini arzuladığını bildirib: “Bu məsələ beynəlxalq qurumlar tərəfindən həll edilməldir. Dağlıq Qarabağ bölgəsində yaşamış insanlar öz vətənlərinə geri qayıtmaq istəyirlər”.

Azvision.az



Teqlər: Seçki   Qarabağ  





Xəbər lenti